
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.
Matçda hesabı erkən qolla meydan sahibləri açıblar. Leandro Andrade 1-ci dəqiqədə rəqib qapısına yol tapıb. Cəmi 6 dəqiqə sonra FCSB Adrian Şutun qolu ilə tarazlığı bərpa edib. 41-ci dəqiqə Rumıniya klubunun heyətində Coyskim Dava avtoqol müəllifi olub. Qonaqlar ilk hissənin əsas vaxtına əlavə olunmuş sonuncu - 4-cü dəqiqədə hesabı bərabərləşdiriblər. Bu dəfə David Mikulesku fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. Oyunda son nöqtəni isə Şut qoyub. O, 73-cü dəqiqədə topu başla qapıdan keçirib.
Bu nəticədən sonra 3 xalı olan "Qarabağ" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
Ağdam təmsilçisi Liqa mərhələsində son görüşünü yanvarın 31-də Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.
----------------------------------
Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində VII tur oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika Stadionunda Rumıniyanın FCSB klubunu qəbul edəcək. Saat 21:45-də başlayacaq oyunu Filip Qlovanın rəhbərliyi altında Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ"a bu oyunda müdafiəçi Bədavi Hüseynov kömək edə bilməyəcək. Rumıniya təmsilçisi isə zədəli Vlad Kirikeş, eləcə də Darius Olaru, Mixay Lixandru və Oktavian Popeskunu Bakıya gətirməyib.
Ağdam təmsilçisi VI turdan sonra 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb. "Qarabağ" bu oyunda məğlub olacağı təqdirdə, növbəti mərhələ şansını tam itirəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
Qollar: Leandro Andrade, 1. Coyskim Dava, 41 (öz qapısına) - Adrian Şut, 7; 73. David Mikulesku, 45+4
11-ci dəqiqədə slovakiyalı referi Filip Qlova müdafiəçi Kevin Medinanın rəqib futbolçuya qarşı hərəkətini penalti kimi dəyərləndirib. Lakin o, VAR monitoruna baxdıqdan sonra penaltini ləğv edib.
Baş hakim: Filip Qlova
Baş hakimin köməkçiləri: Daniel Polacek, Peter Bednar
Dördüncü hakim: Lukaş Dzivcak
VAR: Mihail Oçenaş
AVAR: Martin Dohal (hamısı Slovakiya)
Hakim-inspektor: Martin Hansson (İsveç)
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)