UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu ada Vinisius Junior (“Real Madrid”, İspaniya), Xulian Alvares (“Atletiko Madrid”, İspaniya), Rafinya (“Barselona”, İspaniya), və Lük de Yonq (PSV, Niderland) iddia edir.
Qeyd edək ki, Vinisius Avstriya “Salzburq”u ilə oyunda (5:1), Alvares Almaniya “Bayer”i ilə matçda (2:1), Rafinya Portuqaliyanın “Benfika” klubuna qarşı, de Yonq isə Serbiya “Srvena Zvezda”sına qarşı dubla imza atıb.