"Zirə" Misli Premyer Liqasının XXI turunda "Qarabağ"a qalib gəlib.
Sportnet.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.
"Qartallar"ın heyətində Salifu Suma (56, 67) və Davit Volkov (90) fərqlənib. Ağdam təmsilçisinin qollarını isə Aleksey Kaşukla (20) Patrik Andrade (42) vurub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Zirə" üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.