
“Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında bağlanılan yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.
44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən "şirlər"in sükanı arxasındadır.
Qeyd edək ki, Ayxan Abbasov 21 yaşadək Azərbaycan milli komandasının da baş məşqçisidir.