
Azərbaycan Premyer Liqasının XXVIII turunda qapılara 18 qol vurulub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ən çox - 6 qol “Sumqayıt” – “Sabah” oyununda qeydə alınıb - 3:3.
“Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə 3 dəfə qol səsi eşidilib. “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub. Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.
Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. X turda da 18 qol qeydə alınıb.
Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.