
“Zirə” futbolçusu Ruan Renato ilə yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi daha iki il paytaxt komandasında çıxış edəcək.
Yeni müqaviləyə əsasən, o, 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.