
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real Sosyedad" komandasının futbolçusu Martin Subimendi ilə anlaşma əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ispaniyalı yarımmüdafiəçi London təmsilçisi ilə uzunmüddətli müqaviləyə razılıq verib. "Topçular" 26 yaşlı futbolçunun sözləşməsindəki 60 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirəcək.
Qeyd edək ki, Martin Subimendi cari mövsüm ərzində keçirdiyi 44 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. Onun "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.