UEFA Avropa Liqası və ya UEFA Kubokunu qazanan ən gənc futbolçunun adı müəyyənləşib.

 

Sportnet.az xəbər verir ki, bu, İngiltərə "Tottenhem"inin hücumçusu Mayki Murdur.

 

İngiltərəli forvard bu titulu 17 yaş 283 günündə əldə edib.

 

Mur 2024/2025 mövsümündə Avropa Liqasında 5 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

 

Qeyd edək ki, "Tottenhem" finalda "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlib.