
AFFA İntizam Komitəsi "Hypers Guba" klubunu cəzalandırıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quba təmsilçisi I Liqanın pley-off mərhələsində "Difai" ilə oyunda azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyinə görə 150 manat xərcə düşüb.
Qeyd edək ki, "ASCO Arena"da keçirilən görüşdə "Difai" komandası 3:1 hesablı qələbəyə sevinib.