
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun U-21 yığması ilə qarşılaşıb.
Baranoviçi şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığmasının yeganə qolunu 22-ci dəqiqədə Rail Məmmədov vurub.