
"Qarabağ" klubu futbolçusu İsmayıl İbrahimli ilə yollarını ayırıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
İbrahimliyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və uğurlar arzulanıb.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" Yassin Benzia, Marko Veşoviç və Patrik Andrade ilə də vidalaşıb.