
UEFA Konfrans Liqasına vəsiqə qazanan “Zirə” klubunun yay hazırlıq planı bəlli olub.
Sportnet.az "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, çalışmalara iyunun 14-də start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsi iyulun 5-dək Bakıda olacaq. Komanda bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. İyulun 17-dək qardaş ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.
Oyunlar 8, 12 və 16 iyulda (iki oyun) Rəqiblərin adları hələlik müəyyənləşməyib.