
UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub.
Ardından üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitə UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən, maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.