
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, İmişli təmsilçisi portuqaliyalı Xorxe Kaskilyaya həvalə olunub.
56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçiləri Kristianu Duraeşlə Qilherme Kadete olacaq.
Kaskilyanın məşqçilər korpusunda qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Uliyan Qoqadır.
Qeyd edək ki, Xorxe Kaskilya son olaraq Çexiyanın "Znoymo" komandasının baş məşqçisi olub.