
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" komandası futbolçusu Müşviq Teymurovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Teymurovla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Yevlax futbol məktəbinin yetirməsi olan Müşviq Teymurov son iki mövsüm "Karvan"da 45 oyun keçirib. O, komandanın kapitanlarından olub.