
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" komandası altı futbolçusu ilə yollarını ayırıb.
Təsportnet.az xəbər verir ki, bu barədə İmişli təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
"İmişli" oyunçular Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Qilherme Silva, Pablo Enrike və Xəyal Tomarov ilə başa çatan müqaviləni yeniləməyib.
Qeyd edək ki, "İmişli" daha əvvəl Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla da yollarını ayırıb.