
UEFA Avropa Liqasında "Sabah"ın rəqibi Sloveniyanın "Tsele" klubu futbolçusu Nikita İosifovla müqaviləni uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı rusiyalı yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma əldə olunub.
Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk iyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.