
"Sabahkı matça adi oyun kimi yanaşacağıq, xüsusi bir dəyişiklik planlaşdırılmayıb".
Sportnet.az xəbər verir ki, İrlandiya "Şelburn"unun baş məşqçisi Coy O Brayen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, əsas məqsəd qarşılaşmadan həmişəki kimi, zövq almaqdır: "Vacib olan odur ki, matç bizim əleyhimizə getməsin və istədiyimiz oyunu meydanda göstərə bilək".
O Brayen çoxsaylı azarkeşlər qarşısında oynamaqdan çəkinmədiklərini bildirib: "Biz daha öncə də çoxsaylı azarkeşlər qarşısında oynamışıq, bu, bizə yad deyil. Azarkeş sayının çoxluğu bizim üçün əlavə təzyiq yaratmır, əksinə, biz artıq buna öyrəşmişik. Buna alışmışıq, qorxmuruq”.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da başlanacaq.