
"Karvan-Yevlax" klubu növbəti futbolçu transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı sol cinah müdafiəçisi Moyze Nqvizani ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Wiltz71” klubunda forma geyinib. Karyerası ərzində Moyze Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya Mönxenqladbax” klublarının heyətində çıxış edib.