
Azarkeşlər enerjilərini komandaya ötürə bildilər".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u III təsnifat mərhələsində evdə Bolqarıstanın "Ludoqorets" klubunu 3:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis qələbədən həzz almalı olduqlarını bildirib: "Çünki futbolda dərhal növbəti hədəf gəlir. "Qarabağ"la oyunlar bizim üçün məyusedici ola bilər. Hər oyun vacibdir və mən həmişə qalib gəlmək istəyirəm".
O, "Ludoqorets"lə matçın əvvəlində komandanın çətinlik çəkdiyini söyləyib: "Amma zaman keçdikcə oyuna nəzarəti ələ aldıq. Macarıstanlı futbolçuların çıxışı təqdirəlayiqdir, bəlkə də il yarım əvvəl bu qədər oyunçularla meydana çıxsa idilər, komanda problem yaşaya bilərdi, amma indi hər kəs öz işini gördü. Çempionlar Liqasının himni üçün oynayırıq, bunu futbolçulara da dedim. İndi hədəfə çox yaxınıq, buna baxmayaraq, mən həmişə növbəti matça fokuslanmışam".
Qeyd edək ki, “Qarabağ” "Ferentsvaroş"la ilk matçını 19 avqustda səfərdə, cavab görüşünü isə 27 avqustda evdə keçirəcək.