"Bizim üçün çox vacib oyundur. Pley-off-off şanslarını qorumaq üçün mütləq qalib gəlməliyik".
Sportnet.az xəbər verir ki, bunu İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, Bakıda ilk dəfə olurlar. O, Azərbaycan paytaxtını çox bəyəndiklərini bildirib.
O, Azərbaycan millisinin ilk görüşlə müqayisədə xeyli dəyişdiyini söyləyib: "Deməzdim ki, rəqib pis çıxış etdi. Əksinə, biz yaxşı oynadıq. Gələcək komandamızı formalaşdırırıq".
Qunnlauqsson bildirib ki, hər bir millidə yaxşı oyunçular var. Baş məşqçi Azərbaycan millisinin Ukrayna millisinin qapısına vurduğu son qolu qeyd edib.
Baş məşqçi 4-5 dəfə rəqib baş məşqçini istefaya göndərmək təcrübəsini yaşadığını söyləyib. O, belə halın klubların baş məşqçisi olduğu vaxt baş verdiyini diqqətə çatdıtıb: "Bu, normal haldır. Kimsə məsuliyyəti öz üzərinə götürməlidir".
Təcrübəli mütəxəssis futbol piramidasının yuxarısında olduqlarını və buna görə favorit sayıldıqlarını dilə gətirib: "Futbol elə bir oyundur ki, rəqibə ciddi yanaşmasan sizi cəzalandıra bilərlər. Ona görə də əvvəlcədən nə isə demək olmur. Necə ki, biz Fransa ilə oyunda xal qazandıq".
Qeyd edək ki, noyabrın 13-də "Palms Sports Arena"da keçiriləcək Azərbaycan - İslandiya matçı saat 21:00-da başlanacaq.













































































