
Türkiyənin "Fənərbağça" klubu Miroslav Stoxla bağlı qərarını verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, slovakiyalı ulduzun Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əin" klubuna icarəyə verilməsi qərara alınıb.
Müqavilə şərtləri və futbolçunun sığortalanması isə şok effekti yaradıb.
"Sarı-Lacivərdli"lər Stoxu 1 illik icarəyə 1 milyon avroya verib: "Futbolçumuzun bü müddət ərzində sığorta pulu 5 milyon avro təşkil edəcək".
Qeyd edək ki, "Fənərbağça" futbolçuyla müqavilə müddətinə daha 2 il əlavə edərək, 2018-ci ilə qədər uzadıb.