
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərinə yollanıb. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək səfər qitə futbol qurumunun İdarəetmə və Audit Komitəsinin fəaliyyəti ilə əlaqədardır.
E.Məmmədov UEFA İcraiyyə Komitəsinin iyunun 30-da keçirilmiş iclasında həmin komitəyə üzv seçilib.