
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, millinin rəqibi İsveç yığması olacaq.
Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində keçiriləcək maçtın start fiti saat 20:00-da səslənəcək. Oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində keçiriləcək maçtın start fiti saat 20:00-da səslənəcək. Oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Oyunun hakimləri Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan) və Vladimir Kadıkov (Rusiya) olacaq.






































































