31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olub. Sportnet.az-ın məlumatına görə, valideyn himayəsindən mərhum olan uşaqların bayramlarını təbrik edən tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri təqdim ediblər.
Qonaqlara təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.