İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Adnan Yanuzayı geri qaytarıb. Sportnet.az-ın məlumatına görə, hücumameylli yarımmüdafiəçinin Almaniya "Borussiya"sı (Dortmund) ilə olan müqaviləsi ləğv olunub.
Ötən mövsümün sonunda Dortmund klubuna keçən 21 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunduğu bildirilir.
Qeyd edək ki, futbolçu Bundesliqada 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.