1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA AFFA-nı mükafatlandırdı
Türkiyənin İstanbul şəhərində UEFA-nın "KISS Marketing Community Workshop” tədbiri keçirilir. Sportnet.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə UEFA-nın bu ildən etibarən tətbiq etməyə başladığı "Grow-2020” layihəsinin təqdimatı ilə çıxış edib.
2014-cü ildə Portuqaliyanın Kaskais şəhərində təşkil olunmuş UEFA-nın "KISS Marketing Awards 2014” tədbirində AFFA-nın təqdim etdiyi "3x3 Qızlar” turniri "Ən yaxşı futbol kütləvililiyi marketinq kampaniyası” kateqoriyası üzrə "Kreativlik və İnnovativlik” mükafatına layiq görülmüşdü. Mükafatla bağlı müvafiq diplom İstanbulda keçirilən tədbirdə UEFA-nın İcraiyyə Komitəsinin üzvü Allan Hansen tərəfindən Elxan Məmmədova təqdim olunub.
Qeyd edək ki, AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri Tural Piriyev və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev tədbirdə iştirak edir.