1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakılı erməni futbolçuya mafiya dəstəyi
Moskva "Spartak"ının futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt-Leyk" klubuna keçmək üçün Rusiya mafiyasının köməyindən yararlanıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Amerika təmsilçisinin sahibi Yuta Loy Hansen açıqlama verib.
O bildirib ki, "qırmızı-ağlar"ı icarə əsasında tərk etməkdən ötrü erməni hücumçu nüfuzlu şəxslərə müraciət etməli olub: "Movsisyan transferinin baş tutması üçün Rusiya mafiyasından olan bir şəxsdən kömək istəyəsi oldu. Heç kim onu asanlıqla buraxmaq istəmirdi. Bu müqaviləni bağlamaq çox çətin idi".
Qeyd edək ki, əslən bakılı olduğunu deyən Yura Movsisyan 2007 - 2009-cu illərdə də "Real Solt-Leyk"də çıxış edib. O, "Spartak"dan bir illik icarəyə götürülüb. İcarə müqaviləsi başa çatdıqdan sonra Movsisyanın transfer hüququ birdəfəlik alına bilər.