1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə bir rəqiblə oyun məni qane etdi"
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadə Ukrayna ilə "Antalya Cup" çərçivəsində keçirdikləri ilk tur matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis affa.az-a açıqlamasında oyuna yaxşı hazırlaşmaq üçün elə də çox vaxtlarının olmadığını bildirib.
O, komandasının oyunundan razı qaldığını söyləyib: "ilk dəfə Ruslan Nəsirli və Kamal Mirzəyevə şans verdik. Təbii ki, ilk oyunun gərginliyi hiss olunurdu. Bəzi futbolçularda yorğunluq olsa da, komandanın oyunundan razı qaldım. Ukrayna cəld və topla oynamağı sevən komandadır. Belə bir rəqibə qarşı nümayiş etdirdiyimiz futbol məni qane etdi. İlk hissədə oyunumuz istədiyimiz kimi alınmasa da, fasilədən sonra futbolçular toparlandılar”.
Qeyd edək ki, millimizin 2:1 hesabı ilə qalib gəldiyi oyunda Namik Ələsgərov dubl edib.