Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı
keçiriləcək. Sportnet.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq. tədbir
"Hilton” otelində keçiriləcək. Konfransın gündəliyinə AFFA-nın
Nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında
hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını
nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfrans seçki xarakteri daşıdığından, AFFA-nın növbəti 4 il üçün prezidenti seçiləcək. Hazırkı prezident Rövnəq Abdullayev AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. O, ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə bu quruma rəhbər seçilib.
AFFA-nın növbəti Hesabat-Seçki Konfransında 35 nümayəndə iştirak edəcək.Ən çox nümayəndə ilə Sahə Futbol federasiyaları təmsil olunacaq - 12.
Konfrans nümayəndələrinin siyahısı
1. Rövnəq Abdullayev – AFFA-nın prezidenti
Regional Futbol Federasiyaları
2. Əliş Şərifov – Qarabağ RFF-nin prezidenti
3. Mehdi Salmanov – Qərb RFF-nin prezidenti
4. Abdulla Məmmədov – Şimal RFF-nın vitse-prezidenti
5. Nadir Quliyev – Mərkəz RFF-nın prezidenti
6. Sakin Məmmədzadə – Cənub RFF-nın prezidenti
7. Rövşən Əhmədov – Şimal-Qərb RFF-nin prezidenti
8. Məzahir Süleymanzadə – Bakı FF-nin vitse-prezidenti
9. Hafiz Əliyev – Naxçıvan RFF-nin vitse-prezidenti
Peşəkar Futbol Liqası
10. Ramin Musayev – PFL-in prezidenti
11. Emrah Çelikel – "Qarabağ” FK-nın baş direktoru
12. Rəşad Qasımov – "İnter” PİK-in prezidenti
13. Fariz Nəcəfov – "Qəbələ” İK-nın vitse-prezidenti
14. Vüqar Astanov – "Zirə” PFK-nın prezidenti
15. Fikrət Hüseynov – AZAL PFK-nın vitse-prezidenti
16. Tuyqun Nadirov – "Xəzər Lənkəran” FK-nın vitse-prezidenti
17. Mehman Allahverdiyev – "Kəpəz” FK-nın icraçı direktoru
18. Kamran Quliyev – "Sumqayıt” FK-nın prezidenti
19. Çingiz Abdullayev – "Neftçi” PFK-nın MŞ-nin sədri
İctimai Futbol Təşkilatları
20. Elşad Nəsirov – Futbolsevərlər Birliyinin sədri
21. Elxan Tağızadə – İctimai FTİB-nin prezidenti
22. Kazbek Tuayev – Məşqçilər Birliyinin sədri
23. Gülağa Cabarov – Futbol Hakimləri Birliyinin sədri
Sahə Futbol Federasiyaları
24. Mahir Məmmədov – SFF-nin prezidenti
25. İlqar Əliyev – SFF-nin vitse-prezidenti
26. Zaur Axundov – AFF-nın prezidenti
27. Mahmud Sadıqov – AFF-nın baş katibi
28. Mirkamil Rəhimov – UGFF-nın prezidenti
29. Nüvər Xasıyev – UGFF-nın baş katibi
30. Fərid Novruzi – ÇFF-nin prezidenti
31. Fərid Axundov – ÇFF-nin vitse-prezidenti
32. Kamil Rəhimov – AHFF-nin prezidenti
33. Fərhad Nağıyev – AHFF-nin vitse-prezidenti
34. Firudin Qurbanov – ATFF-nin prezidenti
35. Şaiq Həmidov – AƏFF-nin prezidenti
Konfransda AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə üzvlər də seçiləcək. Quruma namizədlərin siyahısı belədir:
Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – "Sumqayıt" FK tərəfindən
3. Elşad Nəsirov – "Neftçi" PFK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – ŞimalRegional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1.Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimaiBirliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da namizədliyini irəli sürsə də, son anda geri götürüb.
Qeyd edək ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın növbəti Hesabat-Seçki Konfransında iştirak edəcək. İtaliyanın "Yuventus" klubunun səfiri kimi fəaliyyət gsötərən fransalı ulduz futbolçu David Trezeqe Bakıya gəlib və onun da Konfransda qonaq qismində iştirakı nəzərdə tutulub.