Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, mövsüm sonunda müqavilə müddəti başa çatan 34 yaşlı hücumçu Paris klubunda qalma şərtini açıqlayıb.
O, Parisdə yerləşən Eyfel qülləsinin yerində heykəlinin qoyulmasını istəyib: "Müqavilə müddətim başa çatır və an etibarı ilə yeni mövsümdə PSJ-də olmayacam. PSJ Eyfel qülləsinin yerində mənim heykəlimi qoysa, söz verirəm ki, bu komandada qalacam".
Fransa mətbuatı ub prezidenti Nasser əl-Xelaifinin futbolçunu komandada saxlamaq istədiyini iddia edir.
Qeyd edək ki, İbrahimoviç 2012-ci ildən PSJ-də çıxış edir.













































































