"Real”ın hücumçusu Kriştianu Ronaldu üçün İspaniya Primerosunun son turunda "Las Palmas”la oyun uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, madridlilər həmin matçda 2:1 hesabı ilə qalib gəlsə də, portuqaliyalı hücumçu özü üçün uğursuz statistika ilə yadda qalıb.
Belə ki, Ronaldu oyun ərzində nəinki qol vurmayıb, məhsuldar ötürmə verməyib, topa cəmi 28 dəfə toxuna bilib. Bu, Kriştianunun Primero matçlarında anrirekordudur. Düzdür, Ronaldu bunadək 6 oyunda bundan da az topa toxunmuşdu. Ancaq həmin oyunlarda meydanda 45 dəqiqədən az olub. Ronaldunun daha öncə pis göstəricisi topa 38 toxunmaq olub.
Xatırladaq ki, Kriştianu Primeroda cari mövsümdə keçirdiyi 29 oyunda 27 qol vurub, 9 məhsuldar ötürmə edib.