Çernoqoriyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, Nazim Süleymanovun yetirmələri monteneqrolu həmyaşıdlarına 3:2 hesabı ilə qalib gəlib.
"Qəbələ”nin futbolçusu Rövlan Muradrov oyunda dubl edib. Daha bir qolumuzun müəllifi olan Donetsk "Şaxtyor”unun futbolçusu Murad Xaçayev olub.
Bu yığmalar 2 gün sonra yenidən görüşəcək. Həmin matç martın 17-də Bakı vaxtolə saat 14:00-da olacaq.