Eddi İsrafilov Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, "Kordoba" klubunun baş məşqçisi futbolçunun toplanışda iştirak etməməsi ilə bağlı müraciət edib.
Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, martın 21-də start götürəcək toplanış 1 həftə davam edəcək.













































































