Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığmalar (U-17) arasında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan ikinci komanda müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Belçikanın ardında İtaliya yığmasının da mayın 5-dən 21-dən paytaxtımızda təşkil olunacaq məsul turnirdə iştirakı dəqiqləşib.
Avropa çempionatının elit-raundunun 3-cü qrupunda Gürcüstan, Rusiya, Bosniya və Herseqovina yığmaları ilə birgə yer alan italyanlar mübarizəni 3 xalla tamamlayıblar. Bosniyalılar və ruslar da həmin xala malik olsalar da, "Skuadra Adzurra” topların daha yaxşı fərqinə görə qrup qalibi olub. Yekunda Bosniya və Herseqovina 2-ci, Rusiya 3-cü pillədə qərarlaşıb. Ruslar ötən ay Bakıya yığmamızla yoldaşlıq görüşünə (5:1 və 0:1) gəlsələr də, paytaxtımıza final mərhələsinin iştirakçısı kimi qayıtmaq arzuları çin olmayıb.