Ötənlərin məşhur futbolçusu olmuş Fabio Kannavaro İtaliya milli komandasına qayıtmaq istəyir. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı keçmiş müdafiəçi bunu "Skuadra Adzurra”nın baş məşqçisi postunda yer almaq fikri ilə gerçəkləşdirmək arzusundadır. O, bumu rəsmən açıqlayıb: "Mən İtaliya millisinin baş məşqçisi olmaq istərdim. Komandanı, oradakı ab-havanı yaxşı bilirəm. Çünki karyeramın 15 ilini yığmada keçirmişəm. Buna görə milli komandamızda işin incəliklərini gözəl bilirəm".
Xatırladaq ki, Kannavaro 136 oyun keçirdiyi İtaliya yığmasının kapitanı kimi 2006-cı ildə dünya çempionu və "Qızıl top”un sahibi olub.