Rusiyanın "Kuban" klubunu Yuriy Krasnojan çalışdıra bilər. Sportnet.az-ın məlumatına görə, dəqiq qərar bu həftə veriləcək.
Komandanın sabiq baş məşqçisi Sergey Taşuyev uğursuz nəticələr səbəbindən istefaya göndərilib.
Qeyd edək ki, Krasnojan "Kuban"a yad sima deyil. O, 2012-ci ilin avqustundan 2013-cü ilin yanvarınadək bu komandada çalışıb.









































































