1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mətin Gülər: "Qrupdan yüz faiz çıxacağıq"
"Hazırlığımız yetərincə yaxşı gedir. Yığmamız parelin 18-dən təlim-məşq toplanışındadır. Mən bundan 3 gün sonra hazırlığıa qatıldım". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının futbolçusu Mətin Gülər jurnalistlərə açıqlamasında deyib. Milliləşdiirlən türkiyəli yarımmüdafiəçi Avropa çempionatının final mərhələsi öncəsi yüksək əhval-ruhiyyədə olduqlarını bildirib: "Güclü heyətimiz var. Artıq baş məşqçimiz 18 nəfərlik heyəti müəyyənləşdirib. Mən də orada yer aldığım üçün çox xoşbəxtəm. Düzdür, iki ildir Azərbaycan yığmasında olsaq da, yeni gələn futbolçularımız vardı. Hər kəsin kənarda qalmaqla bağlı şübhəsi vardı. Yaxşı ki, heyətdə yer aldıq. Məncə, hər bir futbolçumuz heyəti güclədnirə biləcək futbolçulardır. "Beşiktaş"da gələn komanda yoldaşım ilk gələndə həyəcanlı idi. Onun da bir az heyətə düşməklə bağlı şübhələri vardı. Komandamız üçün əlindən gələni edəcəyinə əminəm".
Gülər Portuqaliya ilə sabahkı sınaqla bağlı düşüncələrini bölüşüb. Onun fikrincə, güclü rəqibə qalib gələ bilərlər: ""Niyə də olmasın? Hər birimizin xəyalları, hədəfləri var. Hər kəs biz də Avropa çempionu olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. İnşallah, Portuqaliyanı yenəcəyik. İlk matçdan qalib ayırlmaq istəyirik. Rəqibin oyunlarını izləmişəm. Portuqaliya yığmasını heyətini fərdlər olaraq dəyərləndirmək istəmirəm. Komandanı, onun çatışmazlıqlarını təhlil edirik. Konkret hansısa futbolçunun adını çəkmək doğru olmaz".
Futbolçu yığmamızı qrupumun favoritlərindən sayır: "Ancaq hər rəqib güclüdür. İstənilən halda, qrupdan yüz faiz çıxacağıq. Sabahkı oyuida məndən qol gözləmək olar. Niyə də olmasın? İnşallah, qol vurub komandama xeyir vermək istəyirəm. Türkiyədə mənimlə maraqlanırlar. Həmyerlilərim mənim Azərbaycan yığmasına gəlməyini münasib görürdü. Vətənimdə böyük maraq, həyəcan var. Hər kəs matçlarımı izləyəcək".