
Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Borussiya" (Dortmund) klubunun nəzdindəki U-16 komandası ilə yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Yığmamızın heyətində Pilağa Mehdiyev və Mustafa Erboğa fərqlənib.