1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan çempionatında ilk və ya Kamal Quliyevdən təzadlı nəticə
Azərbaycan çempionatının birinci divizionda ilkə imza atılıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqa kimi 1992-ci ildən keçirilən bu yarışda ilk dəfə bir komanda ardıcıl 2 mövsüm çempion olub. Bu, "Neftçala"nın sayəsində reallaşır.
Nəticədə komandanın baş məşqçisi Kamal Quliyev tarixə düşüb. Maraqlıdır ki, Azərbaycanın müstəqillik dönəmində ən yaxşı futbolçularından olmuş, uzun illər milli komadamızın şərəfini qorunmuş 40 yaşlı keçmiş müdafiəçi oyunçu kimi Azərbaycan çempionu ola bilməyib.
24-cü ildir keçirilən birinci divizionda 2 dəfə çempion olmaq ümumiyyətlə, əlçatmaz idi. Təsadüfi deyil ki, hər mövsüm yeni bir komandanın qalib olmasına artıq adət etmişik. Düzdür, "Sumqayıt"la "Gəncəlirbiyli", "Lokomotiv"lə "MKT-Araz" ən güclü olsalar da, onlar müvafiq olaraq Sumqaytla İmişlinin ayrı-ayrı klubları olublar. Azərbaycan çempionatının birinci divizionunun qalibi olmuş "Şahdağ"lar isə qonşu bölgənin - Qubayla Qusarın təmsilçiləridir.
2010-cu ildə "Gəncə" (indiki "Kəpəz") Premyer Liqaya çıxandan sonra çempionlar arzuolunmaz aqibətlə üzləşiblər. Belə ki, 2011-ci ildə "Abşeron" qalib olandan sonra dağıldı. 2012 və 2013-cü çempionluq qazanan "Qaradağ Lökbatan"la "Ağsu" AFFA-dan lisenziya ala bilmədiklərinə görə Premyer Liqaya buraxılmadılar. 2014-cü ildə birinci divizionun qalibi "Araz Naxçıvan" güclülər dəstəsinə çıxsa da, maliyyə probleminə görə artıq ikinci dövrənin əvvəlində çıxışını dayandırdı. Ötən il isə "Neftçala" çempion olsa da, lisenziya problemi üzündənyenidən birinci divizionda oynamalı oldu. Əvəzində daha aşağı pillələrdə yer alan "Zirə" ilə "Kəpəz" yüksək liqaya buraxıldılar.
Qeyd edək ki, "Qaradağ Lökbatan" bu dəfə gümüş medalçı oldu, "Ağsu" isə bürünc mükafata ən real namizəddir.