1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı məğlub etmiş komandadan 47-ci çempionluq
"Seltik" Şotlandiya çempionluğunu vaxtından əvvəl qazanıb. Sportnet.az-ın məlumatına görə, Qlazqo təmsilçisi qızıl medallara ən yaxın izləyicisi "Aberdin"i doğma "Seltik Park" stadionunda 3:2 hesabı ilə məğlub etməklə sahib çıxıb.
Bununla da komanda ardıcıl 5-ci mövsüm ölkə çempionatının ən güclüsü olub. Bu, "Seltik" tarixində 47-ci çempionluqdur. Ən çox çempion isə "Seltik"in əzəli rəqibi, artıq xeyli vaxtdır aşağı dvizionda çıxış edən "Reyncers" olub.
Xatırladaq ki, bu dəfə də Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək "Seltik" ötən il bu turnirdə "Qarabağ"la üzləşib. Qlazqoda 1:0 hesabı ilə qlaib gələn Şotlandiya çempionu Bakıda qolsuz bərabərlik sayəsində mərhələ adlayıb.