
Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsində növbəti mərhələyə yüksələn ilk milli komanda müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Avstriya yığması olub.
Andreas Xerafın yetirmələri bu gün "Bakcell Arena"da Bosniya və Herseqovinayaya 2:0 hesabı ilə qalib gəlməklə məqsədinə çatıb. Avstriyalılar son turda Ukraynana məğlub olsalaer belə, qrupda mübarizəni ən azı 2-ci yerdə başa vuracaqlar. Bu isə 1/4 finala vəsiqə qazanmaq deməkdir.
Qeyd edək ki, Xeraf 1998-ci ildə Avstriya yığmasının heyətində dünya çempionatının final mərhələsinin iştirakçısı olub.