AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev çempionatın gedişindən və yığmamızın çıxışından danışıb...
- Avropa çempionatı normal keçdi. Biz ən yüksək səviyyədə, ən yüksək standartlara uyğun yarış keçirdik. Həm açılış və bağlanış mərasimləri, həm oyunların gedişi, həm də təşkilati məsələlər UEFA tərəfindən yüksək qiymətləndirildi.
- Daha çox hansı komandaların çıxışını bəyəndiniz?
- Portuqaliyanın.
- Millimiz də məhz bu komandaya uduzdu. Hansı ki, bu rəqib finaladək bir top belə buraxmadı və sonda qalib oldu. Millimizin bu nəticəsini qənaətbəxş saymaq olar?
- Qənaətbəxşdir. Milli üzvləri yetişirlər. İlk oyunda uduzsalar da, sonrakı iki qarşılaşmada özlərini doğrultdular, yaxşı oyun sərgilədilər. Bu, Avropa çempionatıdır, deyərdim ki, böyük turnirdir. 16-17 yaşında ikən qitəmiqyaslı yarışda oynamaq böyük şərəfdir. Millimiz, gənc futbolçularımız şərəflə çıxış etdilər.