1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zinəddin Zidan: "Mən bu uğur haqda arzulayırdım"
"Mən xoşbəxtəm. Çünki uzun müddətdir böyük kluba bağlıyam". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan deyib. Bu klubun heyətində baş məşqçi, həm də baş məşqçi kimi turniri qazanan fransalı mütəxəssis bu uğur haqda arzuladığını bildirib: "Atletiko" ilə finalda bizə fiziki, psixoloji cəhətdən asan olmadı. Bu, normaldır, gərək bununla bacarasan. Çempionlar Liqasının qalibi olmaq həm futbolçular, həm də məşqçilər korpusu üçün böyük önəm daşıyır. Mən bu uğur haqda arzulayırdım. Prezident mənə belə istedadlı futbolçularla işləməyə şans verəndə ciddi nəsə əldə etməyə imkanın vardı. Biz də bunu etdik. Mən bu kluba əvvəl futbolçu, sonda köməkçi məqşçi, sonra isə baş məşqçi kimi bağlıyam. Mən bu möhtəşəm ailədə olduğuma görə həqiqətən fəxr edirəm".
Zidan qalibin müəyyənləşdiyi oyunsonrası penaltilrər seriyasından da söz açıb: "Hər iki komanda yolu sonadək – penaltilər seriyasınadək keçdi. Ancaq bu, bizim xeyrimizə oldu. Halbuki, asanlıqla əks tərəfə ola bilərdi. "Atletiko"nu və Dieqo Simeoneni təbrik edirəm. O, dahi məşqçidir. Əlbəttə, qələbəyə görə çox şadam".