1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazarov Süleymanova çatdı
Milliləşdirilən almaniyalı futbolçu Dmitri Nazarov Azərbaycan yığmasında 5-ci qolunu vurub. Sportnet.az-ın məlumatına görə, bu, Kanada yığması ilə 1:1 nəticələnən yoldaşlıq görüşündə olub. Nazarov Avstriya toplanışında keçirilən həmin son matçda penaltidən vurduğu qolla millimizə 1:1 hesablı heç-heçə qazandırıb.
Dmitri bunadək Bolqarıstan (1:2), Malta (2:0), İtaliya (1:3) ilə rəsmi oyunlarda, Serbiya ilə (1:4) yoldaşlıq görüşündə fərqlənmişdi. Maraqlıdır ki, gənc yarımmüdafiəçi seçmə mərhələdəki qollarını Bakıda, yoldaşlıq görüşündəkilərini isə xaricdə, özü də Avstriyada vurub. O, ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.
Nazarov qolların sayına görə milli komandamızın sabiq futbolçuları, artıq karyeralarını bitirərək məşqçilik edən Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkin və Fərrrux İsmayılova çatıb. Bu 5 futbolçu millimizin bombardilər siyahısında 7-11-ci yerləri bölüşdürür. Siyahıya isə uzun müddətdir 14 qolla sabiq kapitan Qurban Qurbanov başçılıq edir.