Almaniyanın "Bayer" futbol klubunun keçmiş baş məşqçisi Saşa Levandovski 44 yaşında vəfat edib. Sportnet.az-ın məlumatına görə, məşqçi Boxumdakı mənzilində ölü tapılıb.
Levandovskinin ölüm səbəbləri dəqiqləşdirilir.
Qeyd edək ki, mart ayında Levandovski "Union Berlin" komandasının baş məşqçisi vəzifəsindən gedib. 2012-ci ilin aprel ayında fin Sami Xyuyupya ilə birgə "Bayer" komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. 2012/2013-cü mövsüm bitdikdən sonra o, "Leverkuzen" klubunun gənc komandası ilə işinə qayıdıb. 2014-cü il aprel ayında Xyuyupyanın işdən azad olunmasından sonra Levandovski üç ay ərzində "Bayer" klubunun baş məşqçisinin vəzifələrini icra edib. 2015-ci ilin sentyabrında o, "Union Berlin"ə rəhbərlik edib.