
"Zirə" klubunun yeni mövsümə hazırlıq planı məlum olub. Sportnet.az-ın məlumatına görə, "qartallar" iyunun 20-də bir araya gələcək.
Əvvəlcə komanda üzvləri, 2 gün tibbi müayinədən keçəcəklər. Məşqlərə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. Komanda iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə" iki yoxlama oyununda da qüvvəsini sınayacaq.
İyulun 16-da "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.