1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki futbolçu millizimin rəqibindən ayrıldı
Avropa çempionatında mübarizəni dayandıran Çexiyanın iki futbolçusu milli komanda karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, bunlar hücumçu David Lafata ilə yarımmüdafiəçi Yaroslav Plaşildir.
Onlar qərarlarını D qrupunda Türkiyəyə 0:2 hesablı məğlubiyyətlə yekunlaşan son tur matçının ardından açıqlayıblar.
Fransanın "Bordo" klubunda çıxış edən Plaşil millidə 103 oyuna 4 qol vurub. Praqa "Sparta"sının oyunçusu Lafata isə 41 dəfə yığma formasını geyinib.
Qeyd edək ki, Çexiya 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz ilk görüşünü bu il oktyabrın 11-də Çexiyada, təkrar qarşılaşmanı isə 2017-ci il oktyabrın 5-də Bakıda keçirəcək.