
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz Almaniyanın Mecklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb.
Görüş komandamızın qələbəsi ilə yekunlaşıb - 2:1. Yığmamızın hər iki qolunu Fərid Nəbiyev vurub.