"Düşünürəm ki, hər şeydən öncə məqsədim burda yaxşı oynamaqdır. Bütün komanda üzvləri üçün faydalı olmalıyam". Bu fikirləri Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin yeni transferi Milan Duriç deyib. Azərbaycan klubu ilə 2 illik müqavilə olan 28 yaşlı serbiyalı mərkəz yarımmüdafiəçisi etimadı doğrultmağa çalışacağını bildirib: "Rəhbərlik mənə ümid edir. Onlar məni bura gətiirblər. Ümid edirəm ki, "Zirə"də işlərim yaxşı olacaq".
Legioner "Zirə" haqda dostum Muarem Muarem haqda məlumat aldığını söyləyib: "Qarabağ"da oynayan Muaremdən bura gəlməmişdən öncə komanda haqda soruşdum. O, mənə dedi ki, Azərbaycanda hamı "Zirə" haqda müsbət fikridədir. "Zirə" ən yaxşı klublarınızdan biridir. Təbii ki, mən də təklifi qəbul eldim. Həm də keçmiş məşqçim "Neftçi"də çalışır. O da mənə bura gəlməyi tövsiyə elədi".
Duriç Azərbaycan Premyer Liqasında 8 komandanın iştirak etməsində və sintetik ötrüklü meydançanın çoxluğunda problem görmür: "Mən indiyədək süni meydançada oynamamışam. Ona görə də bir şey deyə bilmərəm. Görəcəyik. Bundan əvvəl oynadığım Xorvatiyada 10 klub vardı. Ancaq hər şey qaydasında idi".
Xatırladaq ki, Milan Xorvatiyanın "İstra" klubundan gəlib.